Bu 4 ölkənin XTQ-si ilə birgə təlim keçiriləcək

Cari ilin sentyabr ayında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) iştirakı ilə ölkəmizdə keçiriləcək “Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təliminin iyunun 10-da yekun planlaşdırma konfransı təşkil edilib.
Avtosfer.az xəbər verir ki, Bakıda keçirilən konfransda iştirakçı ölkələrin XTQ mənsubları təlimin gedişatını və təşkilati məsələləri müzakirə edərək müxtəlif aspektlərə dair maraq doğuran sualları cavablandırıblar.
Görüş zamanı xüsusi təyinatlıların birgə əməliyyat hazırlığı və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili diqqət mərkəzində olub.
Təlimin praktiki mərhələsi üçün ətraflı planlaşdırma aparılıb və müxtəlif ssenarilər üzrə icra olunacaq tapşırıqlar müzakirə edilib. Konfransda, həmçinin hərbi əməkdaşlıq və təcrübə mübadiləsi kimi vacib məsələlərə də toxunulub.
“Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təlimi iştirakçı ölkələrin birgə əməliyyat qabiliyyətlərini artırmaq və regional təhlükəsizliyin gücləndirilməsinə töhfə vermək məqsədini daşıyır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












