"Bu cərimə məbləğlərinin minimum hədləri müəyyənləşdirilsin" - Deputat

“Məcəllənin 308-1 maddəsində təklif edilən dəyişikliklərə əsasən, dövlət vəsaitindən təyinatı üzrə istifadə edilmədikdə xeyli miqdarda törədildikdə cinayət predmetinin dəyərinin, yəni təyinatından kənar istifadə olunan vəsaitin 100 faizi miqdarında cərimə edilməklə azadlıqdan mərhum olunma nəzərə tutulur. Mövcud mətndə cərimələr 9-13 min manat intervalında dəyişir”.
Avtosfer.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.
Millət vəkilinin sözlərinə görə, yeni dəyişikliklər fiks cərimə mexanizmindən faiz meyarına keçidi reallaşdırır: “Bununla yanaşı, təklif edərdim ki, bu maddə üzrə konkret cərimə məbləğlərinin minimum hədləri müəyyənləşdirilsin. Çünki bu zaman dövlət vəsaitinin təyinatından yayındırmağa görə dəymiş ziyan məbləği üzrə cərimələrin minimum məbləği müəyyənləşə bilər. Bu baxımdan təklif edirəm ki, müzakirə etdiyimiz dəyişiklik bu redaktədə təqdim olunsun: “Dövlət vəsaitindən təyinatı üzrə istifadə edilmədikdə xeyli miqdarda törədildikdə minimum əməkhaqqının bəlli mislindən az olmamaq şərti ilə cinayət predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) 100 faizi miqdarında cərimə edilməklə azadlıqdan mərhum edilsin”. Burada minimum əməkhaqqı misli ilə bağlı konkret rəqəm qanunverici dəyişiklik təşəbbüsü ilə çıxış edən qurum tərəfindən müyyənləşdirilə bilər.
Həmin məcəllənn 308-1-2 maddəsinə təklif edilən düzəlişlərdən biri bu maddədə nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxsin cinayət predmetinin dəyərini (təyinatından kənar istifadə olunan vəsaitin) tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunmasıdır. Məcəllə ilə xeyli miqdarda ziyan 50-250 min manat arası ziyan, külli miqdarda isə 250 min manatdan çox olan ziyan kimi təsnifləşdirilir. İnkişaf etmiş ölkələrdə, eləcə də bir sıra MDB dövlətlərində məsuliyyətdən azad olunma halı sadəcə kiçik məbləğli cinayət törədənlərə şamil edilir. Xeyli miqdarda ziyanın məbləği Azərbaycanda minimum əməkhaqqının 125 mislindən 625 misli arasında dəyişir. Külli miqdarda olan ziyan isə minimum əmək haqqnın 625 mislindən baslayan rəqəmlər ilə ifadə olunur. Ona görə, bu maddə üzrə dəymiş ziyanın məbləğinin konkretləşdirilməsinə və həmin halın böyük rəqəmlər ilə ifadə olunan vəsait yayındırmalarına şamil olunmaması təklif edərdim”.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












