"Bu cür insanlar..." - DİM sədri Kamran Əsədovdan danışdı

Hazırda paralel şəkildə iki proses gedir və bu proseslərə cəlb olunan şəxslərin adlarını çəkmək məqsədəuyğun deyil. Həmin proseslərdə əsasən müxtəlif hazırlıq fəaliyyəti ilə məşğul olan şəxslər iştirak edir və onlar uzun müddət real abituriyentlərlə ictimaiyyət nümayəndələri arasında süni maneələr yaradaraq imtahanlar barədə şayiələr və əsassız iddialar yayıblar.
Avtosfer.az xəbər verir ki, bunu DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə hazırda həbsdə olan təhsil eksperti Kamran Əsədovla bağlı verilən sualı cavablandırarkən deyib.
Sədr qeyd edib ki, aparılan araşdırmalar bu fəaliyyətlərin arxasında tamamilə fərqli məqsədlərin dayandığını göstərib. Onun sözlərinə görə, kimlərin riyakar, kimlərin isə səmimi mövqe tutduğu artıq cəmiyyət üçün aydın olub.
DİM sədri vurğulayıb ki, belə şəxslərin təhsil sistemindən və təhsil ətrafında fəaliyyət göstərən strukturlardan uzaqlaşması arzuolunandır: "Çox istərdim ki, bu cür insanlar təhsildən uzaqlaşsınlar”.
Məleykə Abbaszadə əlavə edib ki, imtahan prosesləri daim nəzarətdə saxlanılır və köçürmə halları yalnız imtahan zallarında deyil, nəticələrin emalı mərhələsində də xüsusi alqoritmlər vasitəsilə aşkarlanır. Onun sözlərinə görə, mövcud qaydalara əsasən, kimlərin kimdən köçürdüyü texnoloji üsullarla dəqiq müəyyən edilir.
Qeyd edək ki, son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov barəsində həbs qətimkan tədbiri seçilib. Gəncə Şəhər Məhkəməsi prokurorun təqdimatını əsaslı hesab edərək, onun barəsində əvvəl seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbirini həbs qətimkan tədbiri ilə əvəz edib və Kamran Əsədov məhkəmə zalında həbs olunub.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












