Bu ərazidə su borusu partladı, yol çökdü - VİDEO

Hövsan qəsəbəsi “Mida-2” yaşayış kompleksində su borusu partlayıb.
Avtosfer.az-ın məlumatına görə, sakinlər Baku.ws-ə bildirib ki, eyni problem iki gündən bir təkrarlanır. Boruların partlaması nəticəsində ərazi su altında qalır. Piyadalar və avtomobillər üçün hərəkət çətinləşib.
Vətəndaşlar deyir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problemlə ciddi məşğul olan yoxdur: “Boru müvəqqəti düzəldilir, lakin 2-3 gün keçməmiş yenidən xətdə qəza olur”.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda içməli su xəttində qəza baş verib: “Hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası ərazidədir, su xəttinin təmiri və bərpası istiqamətində istismar qaydalarına uyğun işlər görülür”.



Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












