Bu gün Kahramanmaraşda "Azərbaycan məhəlləsi"nin açılışı olacaq - VİDEO

Bu gün Bakı vaxtı ilə saat 16:30-da Türkiyənin Kahramanmaraş bölgəsində yerləşən "Azərbaycan məhəlləsi"ndə mənzillərin açarlarının təhvili və püşkatma mərasimi təşkil olunacaq.
Avtosfer.az-ın verdiyi məlumata görə, bu barədə Türkiyə Prezident Administrasiyasından rəsmi açıqlama verilib.
Bildirilib ki, təhvil verilən mənzillərin ümumi sayı 250 minə çatır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə özünün "X" hesabında paylaşım edib:
"Bu gün zəlzələ bölgəmizdə, aralarında Azərbaycan tərəfindən dəstəklənən "Azərbaycan məhəlləsi"ndəki mənzillərin də olduğu 49 056 iş yeri və mənzili haqq sahibi qardaşlarımıza təhvil veririk", - deyə Prezident vurğulayıb.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələdən sonra qardaş ölkəyə kömək üçün Azərbaycan tərəfindən bütün imkanlar səfərbər olunub. Eyni zamanda, dağıntıya məruz qalan Kahramanmaşda "Azərbaycan məhəlləsi"nin inşasını da dövlətimiz öz üzərinə götürüb. Beləliklə, "Azərbaycan məhəlləsi" iki qardaş ölkə arasında dostluq və həmrəyliyi daha da gücləndirən bir simvola çevrilib.
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












