“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru

Ötən gün "Şəki yaylası" istirahət mərkəzində kanatın qırılması nəticəsində baş verən ölüm hadisəsi ilə bağlı mərkəzin direktoru Abbasət Məhərrəmov açıqlama verib.
Avtosfer.az xəbər verir ki, direktor "Shimal.News"a danışarkən hadisənin şokunda olduğunu bildirib.
"Bu hadisə milyonda bir belə olmur. Biz özümüz də şokdayıq. Bu, çox böyük faciədir. Açığı, hələ də nə deyəcəyimizi bilmirik. Hadisənin şokundan ayılmamışıq", - deyə direktor bildirib.
Onun sözlərinə görə, hadisənin başvermə səbəbi hava şəraitinin əlverişsiz olması da ola bilər.
"Bütün təhlükəsizlik yoxlamaları həyata keçirilmişdi. Hadisə baş verən gün isə hava şəraiti olduqca pis idi. Güclü külək və burulğan var idi. Hazırda hadisənin dəqiq hansı səbəbdən baş verdiyi araşdırılır. İstintaq və araşdırmaların nəticəsini gözləmək lazımdır", - A.Məhərrəmov qeyd edib.
Qeyd edək ki, ötən gün "Şəki yaylası" istirahət mərkəzində iki nəfər - 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov kanat trosunun qırılmasını nəticəsində həyatını itirib.
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












