Bu hallarda işçilərə intizam tənbehi vermək mümkün olmayacaq

İşçilərə intizam tənbehinin verilməsi qaydalarında dəyişiklik edilib.
Avtosfer.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.
Daha əvvəl işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmirdi.
Qanuna əsasən, işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə Əmək Məcəlləsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilməyəcək.
Daha əvvəl məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməzdi.
Qanuna əsasən, məzuniyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə Əmək Məcəlləsində nəzərdə tutulan işçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallarda iş yerində olmadığı müddətdə işçiyə intizam tənbehi verilə bilməyəcək.
Mövcud qanunvericiliyə görə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək Məcəlləsində nəzərdə tutulan əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin "ç" bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəllə sində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə ləğv etmək intizam tənbehini verə bilər. İntizam tənbehi verilən gündən 6 ay müddətində qüvvədə olur. Qanuna əsasən, sözügedən intizam tənbehi bu xüsusda istisna təşkil edəcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












