Bu il 1 tondan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cari ilin 9 ayı ərzində 72 fakt üzrə ümumilikdə 1 ton 3 kiloqram 375 qram narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.
Komitədən Avtosfer.az-a bildirilib ki, aşkar edilən narkotiklər - 990 kiloqram 928 qramdan çox marixuana, 10 kiloqram 655 qram metamfetamin, 63,538 qram həşiş, 990,376 qram heroin, 206,75 qram tiryək, 363,321 qram metadon, 153,551 qram kokain, 8,108 qram kodein və digər maddələrdir.
Doqquz ay ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 35-i Azərbaycan vətəndaşı, 41-i isə əcnəbi olmaqla 76 nəfər barəsində müvafiq tədbir görülüb, 19 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa olunub.
Bu müddət ərzində, həmçinin gömrük orqanlarının əməkdaşları tərəfindən 53 fakt üzrə ümumilikdə 1,2 kiloqrama yaxın sibutramin tərkibli güclü təsiredici maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Narkotik vasitələr 28 halda Azərbaycana gətirilərkən, 48 halda tranzit keçirilərkən, 1 halda isə ölkə ərazisində reallaşdırılan əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunub.
Gömrük orqanları tərəfindən əvvəlki illərdə aşkar edilən 50 cinayət işi üzrə qanunsuz dövriyyədən götürülmüş, ümumilikdə 5 ton 280 kiloqramdan çox narkotik vasitə və psixotrop maddənin cari dövrdə məhv edilməsi həyata keçirilib.

Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq










