Bu il Bakı Limanında 9 milyon tona yaxın yük aşırılması hədəflənir

Bu il Bakı Beynəlxalq Dəniz Limanında 8,8 milyon ton yük aşırılması hədəflənir.
Avtosfer.az report-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktorunun məsləhətçisi Xudayar Həsənli Bakıda "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə" (CICA) çərçivəsində "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, ötən il limanda 8,2 milyon tondan çox yük aşırılıb: "Bu il üçün proqnoz isə 8,8 milyon tondur. Biz bu il üçün yük aşırılmasınl genişləndirməyə çalışırıq. Konteyner daşımalarına gəlincə, ötən il biz artıq 100 min TEU-dan konteyner idarə etmişik. İndi bizim bu il üçün proqnozumuz 121 min TEU konteynerdir".
Liman rəsmisi qeyd edib ki, son geosiyasi vəziyyətdən sonra bütün treyderlər və logistika şirkətləri dayanıqlı marşrut olan Orta Dəhlizi seçirlər: "Bu marşrut boyunca yükdaşımalarında artım sürətinin nəhəng olduğunu görə bilərsiniz".
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












