Bu il bazarlarda alça tapılmayacaq? - VİDEO

Güclü yağışlardan sonra alça bağlarında xəstəlik yayılıb.
Avtosfer.az AZTV-yə istinadən xəbər verir ki, Göyçaydakı alça bağlarında məhsul yığımı demək olar ki, aparılmır.
Səbəb isə məhsuldarlığın kəskin azalmasıdır. Fermerlərin sözlərinə görə, əvvəlki illərdə hər ağacdan orta hesabla 50 kiloqram meyvə əldə olunurdusa, bu mövsüm bu rəqəm iki-üç kiloqram səviyyəsinə enib, bəzi hallarda isə ümumiyyətlə, məhsul yoxdur.
Havaların vaxtından tez istiləşməsi, ardınca yağıntıların başlaması bağlara ciddi ziyan vurub. Alça ağacları erkən çiçəklədiyindən yağışlı hava tozlanma prosesini pozub və nəticədə meyvənin əmələ gəlməsi xeyli zəifləyib.
Yağıntılı hava şəraiti alça bağlarında müxtəlif xəstəliklərin yayılmasına da səbəb olub. Nəticədə meyvələr keyfiyyətini itirərək yararsız hala düşüb və bazara çıxarılması mümkün olmayıb. Subsidiya ala bilmədiklərini deyən fermerlər isə mövsümün onlar üçün ciddi maddi itkilərlə yadda qaldığını bildirirlər.
Belə hallarda ziyanın minimuma endirilməsi üçün mütəxəssislər fermerlərə bağların əvvəlcədən sığortalanmasını tövsiyə edirlər.
Daha ətraflı videomatrealda:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












