Bu il doqquz yeni bağça fəaliyyətə başlayacaq

Hazırda ölkə ərazisində 1669 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə üzrə 109 550 uşaq məktəbəqədər təhsilə cəlb edilib.
Avtosfer.az xəbər verib ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında məlumat verilib.
Qeyd olunub ki, ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi hazırda 38.2 faiz təşkil edir. Bu göstəricinin 50 faizə çatdırılması hədəflənir. Bildirilib ki, 2024-cü ildə yeni tikilən 14 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Cari il ərzində beş məktəbəqədər təhsil müəssisəsi isə əsaslı təmir olunub. 2025-ci ilin yanvar ayından etibarən 11 bağçanın (ikisi açılıb, doqquz bağçanın açılması planlaşdırılır: ümumi tutumu - 900 yer) fəaliyyətə başlaması nəzərdə tutulub.
"Hazırda yeddi məktəbdə tikinti və əsaslı təmir işləri aparılır. Bunlardan beşi Abşeron, biri Kürdəmir, biri isə Qubadlı rayonunda yerləşir", - məlumatda qeyd olunub.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












