Bu il universitetlərə qəbul balları artacaq? - AÇIQLAMA

"Ali məktəblərə qəbul imtahanlarında keçid ballarındakı dəyişikliklər illərdir ictimai narahatlıq yaradır".
Bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, 2024-cü ilin nəticələrinə əsasən, bir çox ixtisaslarda keçid ballarında ciddi artım müşahidə olunub:
"Məsələn, I və IV ixtisas qruplarında ötən ilə nisbətən 20-30 ballıq artım qeydə alınıb. Bu tendensiya 2025-ci ildə də davam edə bilər, çünki buraxılış imtahanlarında 150 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı ötən ilə nisbətən təxminən 10 min nəfər artıb. Bu da ixtisas seçimi mərhələsində daha ciddi rəqabətə, nəticədə isə keçid ballarında yüksəlməyə səbəb olacaq. Xüsusilə, süni intellekt, proqramlaşdırma, iqtisadiyyat və beynəlxalq münasibətlər kimi sahələrdə bal artımı gözləniləndir. Ancaq problem təkcə bal artımı deyil. Keçid ballarının imtahan nəticələrindən sonra dəyişdirilməsi, müsabiqə şərtlərinin gecikdirilərək açıqlanması və bəzi hallarda əlavə meyarların əlavə olunması (məsələn, V qrupda 70-dən 80 bala dəyişiklik) abituriyentlərdə etimad böhranı yaradır".
Ekspert qeyd edib ki, DİM və Elm və Təhsil Nazirliyi bu məsələdə şəffaf, əvvəlcədən planlaşdırılmış və ictimai əsaslandırmaya dayanan qərarlar qəbul etməlidir: "Ən əsası isə keçid balı təhsilin hədəfi olmamalı, tələbənin ixtisasa uyğunluğu, motivasiyası və gələcək inkişafı əsas göstərici kimi nəzərə alınmalıdır. Əgər bu məsələlər sistemli şəkildə həll olunmasa, təhsildə mövcud olan qeyri-bərabərlik, etimadsızlıq və keyfiyyət fərqləri daha da dərinləşəcək. Bu isə nə şagirdin, nə müəllimin, nə də cəmiyyətin maraqlarına cavab verir. Ona görə də bu problemləri fərdi hadisə kimi yox, struktur və sistem səviyyəsində dəyərləndirib, hüquqi-normativ və inzibati əsaslarla həll etmək zəruridir".(unikal)
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO











