Bu il vəzifəsindən azad olunan və yeni vəzifəyə təyinat alanlar - SİYAHI

Hər il struktur islahatlarının aparılması, yeni şəxslərin vəzifəyə təyin edilməsi diqqət mərkəzində olub. 2026-cı ilin əvvəlindən bu günə qədər bir sıra vəzifəli şəxslər işdən çıxarılıb və onların yerinə yeni təyinatlar olub.
Avtosfer.az xəbər verir ki, unikal bu il vəzifəsindən azad olunan və yeni vəzifəyə təyin edilən şəxslərin siyahısını təqdim edir:
Yanvarın 8-də Natiq Həsənov maliyyə nazirinin müavini təyin olunub. O bundan əvvəl Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsində işləyib.
Yanvarın 14-də Azər Bayramov Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini təyin edilib. O, 2004-cü ildən 2026-cı il 14 yanvar tarixinədək Azərbaycan Respublikası maliyyə nazirinin müavini, eyni zamanda Büdcə Gəlirlərinin Proqnozlaşdırılması üzrə Komissiyanın sədri vəzifələrində işləyib. A.Bayramov xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.
Yanvarın 16-da Rauf Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Elə həmin gün Əfqan Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri təyin olunub. Ə.Cəlilov bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavini idi.
Yanvarın 26-da Zaur Əliyev kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. O bundan əvvəl nazirin müşaviri vəzifəsində çalışırdı.
Eyni tarixdə Seymur Səfərli kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin olunub. S.Səfərli bu təyinatadək Nazirliyin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri vəzifəsində işləyib.
Yanvarın 27-də Sarvan Cəfərov kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib. Cəfərov 2020-ci ildən nazir müavini idi.
Yanvarın 30-da Süleyman Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. S.Mikayılov həmin vəzifəyə 2010-cu il martın 4-də təyin olunmuşdu. Hələlik onun yerinə təyinat yoxdur.
Fevralın 6-da Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad olunub. Onun yerinə Vüsal Nəsirli AAYDA-nın İdarə Heyətinin sədri təyin edilib. Bu təyinatadək V.Nəsirli əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.
Fevralın 9-da Cabbar Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə C.Musayev Naxçıvanın Baş naziri təyin olunub. O, 2024-cü ildə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.
Fevralın 9-da Tahir Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Fevralın 10-da Azər Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib. A.Mursaqulov 2019-cu ildən Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsində işləyirdi.
Həmin gün Rəşad İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin olunub. R.İsmayılov bundan əvvəl ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsində çalışıb.
Fevralın 10-da Cəfər Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini vəzifəsinə təyin edilib. C.Babayev bu təyinatadək Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində sədrin müşaviri vəzifəsində çalışıb.
Fevralın 10-da İlqar Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib. O daha əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində sədrin müşaviri vəzifəsində işləyib.
Fevralın 10-da Mirzə Mirzəyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.
Sürücülərin DİQQƏTİNƏ: Bakının əsas yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - FOTO
Bakıda daha bir ərazidə söküntü başlayır - Tunel tikiləcək - VİDEO
Londondan Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi
Yollarda görmə məsafəsi məhdudlaşacaq
Yolda məhdudiyyət tətbiq edildi; bu küçələrdə sıxlıq yarandı
Müğənni Dəniz Əsədova hakim qarşısında - FOTO
Aqşin Fatehin restoranında saxta viski satılırmış - FOTOLAR
İlham Əliyev Əbu-Dabidəki mərasimdən görüntülər paylaşdı - VİDEO
Əliyevlə Paşinyanın geniş tərkibdə görüşü keçirilir - FOTO - VİDEO - YENİLƏNİB
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR










