“Bu işdə oğlum və 40 nəfər zərər çəkib” - “JOY Tour” şirkətinin həbs edilən təsisçisinin anası

Həbsdə olan “JOY Tour” şirkətinin təsisçisi Rəşad İlyasovun yaxınları onun həbsdə saxlanılmasından narazıdır.
Avtosfer.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən iş adamının anası Tamam Həsənova baş vermiş dələduzluq əməllərində oğlunun iştirakçı olmadığını deyir. O bildirib ki, oğlunun cinayətlə hər hansı bağlılığı yoxdur.
“Bakı Ağır Cinayətlər Məhkəməsində oğlum Rəşad İlyasov və Nərmin Fətullayeva barəsində cinayət işinə baxılır. “JOY Tour” şirkətində hər ikisinin 50 faiz payı olub, oğlum sadəcə həmtəsisçidir, şirkətin direktoru və gündəlik fəaliyyətinin icraçısı isə 2017-ci ildən Nərmin Fətullayeva olub.
Rəşad dəfələrlə şifahi və yazılı qaydada tələb edib ki, turist ödənişləri şəxsi kartlara deyil, yalnız şirkətin rəsmi hesabına qəbul edilsin. O, şəffaflıq üçün TMS nəzarət sistemini qurdurub və bütün satışların vaxtında sistemə daxil edilməsini yazılı tələb edib.
Buna baxmayaraq, turist ödənişlərinin böyük hissəsinin Nərmin Fətullayevanın şəxsi kartlarına qəbul edildiyi məlum olub. Nərmin özü də bunu izahatında bildirib. Bank təhlükəsizlik kodlarının onun nömrəsinə gəldiyi, kassa və seyfə nəzarətin də onda olduğu barədə sübutlar var”, - o qeyd edib.
T.Həsənova iddia edib ki, oğlu Rəşad İlyasov rəhbərlik etdiyi şirkətin sistemində görünən turistlər və maliyyə vəziyyətini müqayisə etdikdən sonra yeni satışların dayandırılmasına, mövcud öhdəliklərin yerinə yetirilməsinə və şirkətin bağlanmasına qərar verib: “Buna baxmayaraq, 2025-ci ilin avqustunda yeni satışa cəhd olunub və Rəşad buna “WhatsApp” səs yazısı ilə etiraz edib. Sonradan hadisələr qarışanda məlum olub ki, problem yaşayan 40-a yaxın turistin böyük hissəsi barədə TMS-də məlumat olmayıb. Mən bir ana kimi soruşuram: əgər oğlumun məqsədi insanları aldatmaq, pulları və satışları gizlətmək idisə, niyə şəffaflıq sistemi qururdu, şəxsi kartlara ödənişi qadağan edir, bütün satışların sistemdə görünməsini tələb edir və sonda yeni satışları dayandırırdı?
Auditdə turist pullarının şəxsi kartlara qəbul edilməsi vergidən yayınmaya cəhd kimi qiymətləndirilib, faktiki icraya görə məsuliyyət Nərmin Fətullayeva ilə əlaqələndirilib. Onun Türkiyədəki bank hesabına yerləşdirilən vəsaitlərin mənbəyinin müəyyən edilməsi də tələb olunub. Bu məsələlərin niyə sonadək araşdırılmadığı anlaşılmazdır”.
Şikayətçi bildirib ki, oğluna vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı verilib: “Halbuki adına sonradan sistemə daxil edilmiş direktor və maliyyə direktoru müqavilələri Rəşad tərəfindən SİMA ilə təsdiqlənməyib. O, uyğunsuzluqlar aradan qaldırılmadan direktor vəzifəsini qəbul etməyəcəyini yazılı bildirib. Rəşadın iştirakı ilə möhürlənən ofis sonradan onun və vəkilinin iştirakı olmadan açılıb, bizə bu barədə videoprotokol təqdim edilməyib. Oğlum 2 ay 28 gün əvəzinə 2 ay 29 gün saxlanılıb”.
T.Həsənova eyni cinayət işi üzrə oğlunun təkrar həbsdə saxlanıldığını, zərərçəkmişlərin barəsində şikayət etdiyi digər təqsirləndirilən və icraatdan cavabdeh şəxsin isə azadlıqda olduğunu əlavə edib: “Mənim tələbim sadədir: cinayəti kim törədibsə, o da məsuliyyət daşısın. Turistlərin pulunu kim qəbul edib? Satışları kim sistemdən kənarda saxlayıb? Vəsaitləri kim idarə edib? Sonra oğlum barədə konkret göstərilsin: hansı turist pulunu Rəşada verib, hansı vəsait onun şəxsi hesabına daxil olub və onun mənimsədiyi iddia edilən konkret pul hansıdır? Bunları araşdırmaq bu qədər sadə olduğu halda, işi əsas məğzindən uzaqlaşdıran nədir? Hansı maraq faktiki pul hərəkətinin və vəsaitləri kimin qəbul etdiyinin araşdırılmasından daha üstün tutulur?
Bu işdə 40-a yaxın zərərçəkmiş turist və günahsız həbs edilən sahibkar oğlum var. Turistlərin haqqı bərpa edilməli, cinayəti törədənlər məsuliyyətə cəlb olunmalı, günahsız insan başqasının əməlinə görə həbsdə saxlanılmamalıdır”.
Tamam Həsənova məsələ ilə bağlı dövlət rəhbərliyinə, aidiyyəti qurumların rəhbər şəxslərinə müraciət etdiyini deyib.
.jpg)
Fotoda Nərmin Fətullayeva
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO










