Bu ixtisas qrupunda dövlət sifarişi üzrə yerlərin sayı artırıldı

2025/2026-cı tədris ili üçün respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.
Dövlət İmtahan Mərkəzindən Avtosfer.az-a bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 14 min 305, rus bölməsi üzrə 860 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5220 yer olmaqla, I ixtisas qrupu üzrə ümumilikdə 20 min 385 yer ayrılıb. Bundan 15 min 199 yerə qəbul dövlət sifarişi əsasında aparılır.
I ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə RK altqrupunda ümumilikdə 12 min 955 plan yeri (o cümlədən Azərbaycan bölməsində 9845, rus bölməsində 510, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2600) var. RK altqrupunda dövlət sifarişi əsasında 9199 plan yeri var.
Rİ altqrupu üzrə ümumilikdə 7430 plan yeri (o cümlədən Azərbaycan bölməsində 4460, rus bölməsində 350, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2620) mövcuddur. Rİ altqrupunda dövlət sifarişi əsasında 6000 plan yeri ayrılıb.
Xatırladaq ki, ötən il I ixtisas qrupu üzrə ümumilikdə 19 min 990 yer ayrılmış, ondan 14 min 407 yer dövlət sifarişi əsasında olmuşdu.
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib












