Bu Komissiyanın tərkibi dəyişdi - SİYAHI

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni Fərman imzalayıb.
Fərmana əsasən, Əsasnamədən Komissiyanın nəzdində daimi fəaliyyət göstərən katibliyin funksiyalarını Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həyata keçirməsi ilə bağlı müddəa çıxarılıb.
Eyni zamanda, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibi dəyişib. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.
Sərəncama əsasən, Komissiyanın yeni tərkibi aşağıdakı kimi olacaq:
Komissiyanın sədri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini;
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini;
Azərbaycan Respublikası müdafiə nazirinin müavini;
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini;
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini;
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini;
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini;
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək











