Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT

Bakıda mikromobillik infrastrukturunun genişləndirilməsi istiqamətində yeni addımlar atılır. Xan Şuşinski küçəsində mikromobillik zolağının təşkil edilməsi ilə Rəşid Behbudov küçəsi və Vaqif prospektindəki mövcud zolaqlar birləşdirilib. Bu dəyişikliklərin şəhərdə alternativ nəqliyyat vasitələrindən istifadənin artmasına və şəxsi avtomobillərdən asılılığın azalmasına nə dərəcədə təsir edəcəyi maraq doğurur.
Avtosfer.az xəbər verir ki, Xan Şuşinski küçəsində mikromobillik zolağının təşkil edilməsi ilə Rəşid Behbudov küçəsi və Vaqif prospektindəki mövcud zolaqlar birləşdirilib. Bu dəyişikliklərin şəhərdə alternativ nəqliyyat vasitələrindən istifadənin artmasına və şəxsi avtomobillərdən asılılığın azalmasına nə dərəcədə təsir edəcəyi maraq doğurur.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, mikromobillik zolaqlarının genişləndirilməsi ictimai nəqliyyatdan və taksidən istifadə edən gənclərin mikromobillik vasitələrinə keçməsinə şərait yaradır:

"Avtomobillərdən istifadənin azalmasına gəldikdə isə, bu, qismən mümkündür. Xüsusilə 2-3 kilometrlik qısa məsafələrdə velosiped və skuterlər avtomobilə real alternativ ola bilər. Lakin bunun üçün zolaqlar ayrı-ayrı hissələr şəklində deyil, fasiləsiz və bir-biri ilə əlaqəli şəbəkə kimi qurulmalıdır. Məndə olan məlumata görə, mikromobillik şəbəkəsinin genişləndirilməsi və ümumi uzunluğunun 100 kilometrə çatdırılması ilə bağlı məqsəd var. Əsas məsələ mikromobilliyin metro və avtobus sistemi ilə inteqrasiya edilməsidir. Bununla yanaşı, təhlükəsiz kəsişmələrin yaradılması, qoruyucu sədlərin quraşdırılması, velosiped və elektrikli skuterlər üçün parklanma məntəqələrinin təşkili, həmçinin fasiləsiz və təhlükəsiz zolaqların sayının artırılması vacibdir. İnsan evindən çıxaraq mikromobillik vasitəsi ilə metroya və ya iş yerinə təhlükəsiz və rahat şəkildə çata bilirsə, avtomobildən istifadə etmək ehtiyacı da azalır".
Fatimə
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












