“Bu macəraya qoşulduğumuza görə mən dəfələrlə peşman oldum” - VİDEO

“İstər Avroviziya, istər COP-la bağlı biz əsassız tənqidlərlə üzləşdik. Xüsusilə COP-la bağlı bizi günahlandırdılar ki, neft istehsal edən ölkəyik, neft istehsal edən ölkə necə COP-a ev sahibliyi edə bilər. Baxmayaraq ki, Azərbaycandan əvvəl və sonra Azərbaycandan xeyli çox neft istehsal edən ölkələr olub. Lakin sual bizimlə bağlı idi və mən söylədim ki, neftə sahib olmaq bizim günahımız deyil. Biz buna görə günahlandırılmamalıyıq”.
Avtosfer.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Davosda “Euronews” telekanalının təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
“Bizi neft sərvətimizi necə idarə etməyimiz, onu cəmiyyətdə ədalətli şəkildə necə paylaşdırdığımızla bağlı qiymətləndirmək lazımdır. Beləliklə, çıxardığımız dərslərdən biri bu idi. Çünki səmimi desək, COP-a birillik hazırlıq müddətində bu macəraya qoşulduğumuza görə mən dəfələrlə peşman oldum. Çünki həqiqətən də bəzi media qurumlarında tənqid, aqressiyanın səviyyəsi o qədər yüksək idi ki, insanı demək olar, ruhdan salırdı. Buna baxmayaraq, biz yaxşı tədbir keçirmək əzmində idik və bu, təşkilatçılıq baxımından, daha vacibi isə nəticələr baxımından həqiqətən də yaxşı tədbir oldu. Biz 10 il ərzində əldə edilməsi mümkün olmayana nail olduq. Karbon bazarının fəaliyyəti ilə bağlı razılığa gəldik, İtki və Zərər Fondu fəaliyyətə başladı, həmçinin iştirakçı sayı boykotu təbliğ edənlərə yaxşı cavab oldu. Ermənistandan başqa, bütün ölkələr iştirak etdi. 70 dövlət və hökumət başçısı iştirak etdi. Beləliklə, boykot taktikası uğursuzluğa düçar oldu. Bu, dərs oldu ki, əgər nəyinsə doğru olduğunu düşünürsünüzsə, buna əminsinizsə, bütün müqavimətə, etiraza, bəzən bütün düşmənçiliklərə baxmayaraq bunu etməlisiniz. Bundan əlavə, bu, bizə öz mövqeyimizi təqdim etməyə imkan verdi. Eyni vaxtda neft və qaza sahib olmaqla yanaşı, artıq qeyd etdiyim kimi, biz bərpaolunan enerjiyə böyük sərmayə yatırırıq və bu, bizim məsuliyyətimizin bir hissəsidir. Biz bərpaolunan enerjiyə ona görə sərmayə yatırmırıq ki, enerjiyə ehtiyacımız var, ona görə sərmayə yatırırıq ki, məsuliyyətli insanlarıq və ən azı ölkəmizi, regionumuzu yaşayış üçün daha uyğun bir yerə çevirmək istəyirik. Çirklənmə, karbon emissiyaları - bütün bunları biz gözlərimizlə görə bilmirik, lakin əfsuslar olsun ki, biz və uşaqlarımız bunu hiss edirik. Düşünürəm ki, qazıntı yanacağı ilə zəngin olan ölkələr bərpaolunan enerjiyə sərmayə yatıranda onlara hörmət və rəğbətlə yanaşılmalıdır”, - dövlət başçısı əlavə edib.
Azərbaycanlıların da olduğu gəmi vuruldu - VİDEO
Bakının 110 küçə və prospektində eyni vaxtda təmir gedir - AAYDA - FOTO
Bakı Avtovağzalı iyul statistikasını açıqladı: 198 mindən çox sərnişin yola salınıb - FOTO
Bakı Qızlar Universitetinin tələbələrinin köçürüləcəyi universitetlər açıqlandı - RƏSMİ
Zakir Həsənov hərbi attaşelərlə GÖRÜŞÜB - FOTO
Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNAT
Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO










