Bu qanunlarda dəyişiklik təsdiqləndi

Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” və “Qida təhlükəsizliyi haqqında” Qanunlarda dəyişikliyi təsdiqləyib.
Avtosfer.az xəbər verir ki, dəyişikliklə Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, satışı və istifadəsi qadağan edildiyi üçün qanunvericilikdə uyğunlaşdırma addımları atılıb.
Belə ki, elektron siqaretlərin dövriyyəsi tam dayandırıldığından, Vergi Məcəlləsində bu məhsulların aksizli mal sayılması və onlara aksiz dərəcəsinin tətbiqi ilə bağlı normalar ləğv edilib.
Təklif olunan layihə həm Vergi Məcəlləsindəki ləğv olunmuş maddələrə istinadları aradan qaldırır, həm də “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanunlarda müvafiq uyğunlaşdırıcı dəyişikliklərin edilməsini nəzərdə tutur.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
Bakının küçələri yeni tədris ilinə hazırdır?
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı










