Bu qədər ərazi minadan təmizləndi

Azad edilmiş ərazilərdə indiyədək təxminən 300 000 hektar minalardan təmizlənib.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında keçirilən panel sessiyadakı çıxışında deyib.
Qeyd olunub ki, proses nəticəsində 43 000 ədəd mina və 24 000-dən çox partlayıcı qurğu məhv edilib.
“İllik hədəfimiz 65 000 hektar ərazinin minalardan təmizlənməsidir. Hər il ərazilərin minalardan təmizlənməsi üzrə qarşımıza müəyyən hədəf qoyuruq. Ötən il 1 600 000 hektardan çox ərazinin təmizlənməsi ilə bağlı rekord göstəriciyə nail olmuşuq. Bu il üçün də hədəfimiz 65 000 hektardır və hazırda bunun təxminən 50 000 hektarını artıq həyata keçirmişik”, - Samir Poladov bildirib
O qeyd edib ki, ANAMA müxtəlif tərəfdaşlarla əməkdaşlıq edir. Ümumilikdə, humanitar əməliyyatlara cəlb olunan 4 500-dən çox əməkdaş var:
“İşimizin bir hissəsi ərazilərin minalardan təmizlənməsi və istifadəyə qaytarılması ilə yanaşı, minaların və partlayıcı qurğuların yarada biləcəyi potensial təhlükələr barədə maarifləndirmə işlərinin aparılmasından ibarətdir”.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












