Bu qədər müəllim keçid balını toplaya bilməyib - RƏSMİ

İyunun 20-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 3338 müəllim iştirak edib. Onlardan 1328 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb. 2006 müəllim isə müvafiq keçid balını toplaya bilməyib.
Avtosfer.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak etməyən 334 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub. Təkrar sertifikatlaşdırma prosesində iştirak edən 4 nəfərin nəticələri imtahan qaydalarını pozduğu üçün ləğv olunub.
Xatırladaq ki, cari ilin əvvəlindən ötən il sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərə ehtiyaclarına uyğun olaraq Təhsil İnstitutu tərəfindən təlimlər, müxtəlif vebinar və sınaq imtahanları təşkil olunub.
Təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 20-23 iyun tarixlərində apellyasiya müraciətləri qəbul edilib. Apellyasiyaya daxil olan müraciətlər müvafiq qaydada araşdırılıb. Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı səhv aşkarlanmayıb, hər hansı bir texniki problem müəyyən edilməyib.
Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, prosesdə iştirak etməyən, eyni zamanda imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilib.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










