Bu qədər saxta pul nişanı dövriyyədən çıxarılıb

2025-ci ildə Azərbaycan Mərkəzi Bankı milli valyutada 440 ədəd (39 min manat) saxta pul nişanı, xarici valyutada isə 550 ədəd saxtakarlıq əlamətləri müəyyən edilmiş pul nişanı (ümumilikdə 990 ədəd) aşkarlayaraq tədavüldən çıxarıb və müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edb. Avtosfer.az xəbər verir ki, bu barədə AMB-nin illik idarəetmə hesabatında bildirilib.
Məlumata görə, əhalidə olan yararsız pul nişanlarının ekspertizaya qəbul edilməsi və dəyişdirilməsi məqsədilə Bakı şəhərində və ərazi idarələrində yaradılmış nağd pul ofisləri fəaliyyətini davam etdirib. İl ərzində əhalidən 2,63 milyon manat (43,6 min ədəd) pul nişanı qəbul edilərək dəyişdirilib. Bundan başqa, hesabat ilində dövriyyədən 4,5 milyard manat pul nişanı mədaxil edilib, 6,6 milyard manat pul nişanı isə məxaric olunub. Tədavüldə nağd pul kütləsi ilin əvvəli ilə müqayisədə 12,1% (2,1 milyard manat) artaraq ilin sonuna 19,6 milyard manat təşkil edib. 2025-ci ilin son iş gününə milli valyuta üzrə ehtiyatlar 7,1 milyard manat olub ki, bu da iqtisadiyyatın 2026-cı ilin sonuna qədər tələbatının ümumilikdə ödənilməsi üçün yetərlidir. Bütövlükdə ölkə iqtisadiyyatının ayrı-ayrı nominallar üzrə nağd pula olan tələbatının ödənilməsi, milli valyuta üzrə ehtiyatların optimal və təhlükəsiz idarə olunması, tədavülün yüksək keyfiyyətli pul nişanları ilə təmin edilməsi kimi prioritetlər diqqət mərkəzində saxlanılıb.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












