Bu rayonda 1949 abonentin qazı kəsiləcək

Tovuz rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi (RQİİ) məlumat yayıb. Bildirilib ki, Alakol AQPS-dən qidalanan xətlərdə aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar qazın verilişi dayandırılacaq. Belə ki, Yanıqlı kəndi ərazisində vətəndaşa məxsus obyektin qarşısından keçən diametri 219 millimetr olan ortatəzyiqli qaz xəttinin, eləcə də Alakol kəndində digər vətəndaşa məxsus obyektin qarşısından keçən diametri 108 millimetr olan qaz xəttinin vətəndaşların öz vəsaiti hesabına yerinin dəyişdirilməsi nəzərdə tutulur. Bu səbəbdən 2026-cı il aprelin 14-də saat 09:30-dan etibarən Yanıqlı, Əhmədabad, Alakol və 1№-li Qovlar kəndlərinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək. Qaz kəsintisi müddətində ümumilikdə 1 949 abonentin qaz təminatında fasilə yaranacağı bildirilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












