Bu rayonun iki ildir icra başçısı yoxdur – SƏBƏB

Azərbaycanda yaradılmasından uzun müddət keçməsinə baxmayaraq rəhbəri hələ də təyin olunmayan rayon icra hakimiyyətlərindən biri Ağdərə Rayon İcra Hakimiyyətidir.
Avtosfer.az xəbər verir ki, Ağdərə Rayon İcra Hakimiyyəti Prezident İlham Əliyevin 2023-cü ilin dekabrında imzaladığı sərəncamla yaradılıb.
Həmin sənəddə rayonun idarəetmə strukturunun formalaşdırılması nəzərdə tutulub. Eyni zamanda, Nazirlər Kabinetinə qurumun fəaliyyəti üçün maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması tapşırılıb.
Lakin sərəncamın imzalanmasından xeyli vaxt keçməsinə baxmayaraq, Ağdərə Rayon İcra Hakimiyyətinə hələ də başçı təyin edilməyib.
Qeyd edək ki, başçı təyinatının gecikməsinin səbəbi ilə bağlı indiyədək rəsmi açıqlama verilməyib. Rayon İcra Hakimiyyətinin tam fəaliyyətə başlayacağı tarix də məlum deyil.
Nəzərə alsaq ki, Ağdərə işğaldan azad edilmiş ərazilərdə yaradılan yeni rayonlardan biridir, burada yerli idarəetmə sisteminin tam formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Buna baxmayaraq, Ağdərə Rayon İcra Hakimiyyətinə başçı təyinatının nə vaxt həyata keçiriləcəyi hələ də açıqlanmayıb.\\Gununsesi.info
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












