Bu restoranın sahibi 8 sutkalıq həbs edildi

Bakı-Qazax magistral yolunun Goranboy rayonundan keçən hissəsində yerləşən “Pirzola” restoranının sahibi həbs edilib.
Qafqazinfo-nun əldə etdiyi məlumata görə, sentyabrın 1-də restoranın yerləşdiyi əraziyə baxış keçirilib.
Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşları obyekt sahibi 42 yaşlı Azər Əliyevə inşa etdirdiyi tikilinin magistral yolun ətrafının görünüşünü pozmasını izah ediblər. Onun restorandan xeyli aralıda – magistral yolun kənarında tikdirdiyi köşkün qanunsuz olduğu bildirilərək akt tərtib edilib.
Aparılmış profilaktiki söhbətlərə baxmayaraq, restoran sahibi qardaşının vəkil olduğunu, köşk ətrafında tikinti işlərini dayandırmayacağını, icazə sənədlərinin olmasını və ona heç kimin təsir edə bilmədiyini bildirib.
Bundan 3 həftə sonra icra hakimiyyəti əməkdaşları yenidən həmin yerə gəldikdə qanunsuz köşkün orada olduğunu görüblər və Azərə onun qanunsuz yerləşdirilməsini izah edərək köşkü götürməsini tələb ediblər. Lakin sahibkar yenidən tələbə məhəl qoymayaraq köşkü götürməyəcəyini bildirib. O, səs-küy salaraq müqavimət göstərib.
Polis tərəfindən saxlanılan iş adamı barəsində inzibati protokol tərtib edilib və Goranboy Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə Azər Əliyev Goranboy rayon Nizami kəndi ərazisində “Pirzola” adlı restoran işlətdiyini, həmin obyektin magistral yoldan təxminən 20-30 metr kənarda yerləşdiyini deyib: “Orada restoran olduğunu yoldan keçənlərə göstərmək, yəni reklam etmək niyyəti ilə magistral yolun kənarına köşk qoymuşam. Həmin köşkün ora qoyulması ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətindən heç bir rəsmi sənədim yoxdur. Mənə köşkü götürməklə bağlı xəbərdarlıq edilmişdi, lakin onu götürmək istəmədiyimi bildirmişdim. Xəbərdarlıqlara əhəmiyyət verməyərək tikinti işlərini davam etdirmişəm”.
Məhkəmənin qərarı ilə sahibkara 8 sutkalıq inzibati həbs verilib.
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir












