Bu şayiə erməniləri təşvişə saldı

Azərbaycan hərbçisinin Qarakilsə rayonunun Şəki kəndinə getməsindən sonra Ermənistanda açıq təşviş yaşanır. Bu hadisədən sonra ermənilər arasında davamlı şəkildə müxtəlif şayiələr yayılmaqdadır.
Avtosfer.az bildirir ki, bu dəfə Ermənistanın Milli Təhlükəsizlik Xidməti azərbaycanlıların Mehriyə daxil olması və orada axtarış işlərinin aparılması ilə bağlı xəbəri dezinformasiya adlandırıb.
Bu barədə MTX-nin mətbuat xidmətinin nümayəndələri məlumat veriblər.
“Bu, dezinformasiyadır. Ümumiyyətlə, bu məlumatların hamısı yalandır. Mehridə belə bir hadisə baş verməyib. Milli Təhlükəsizlik Xidməti azərbaycanlıların Mehriyə daxil olması ilə bağlı xəbəri təkzib edir”, - deyə MTX-dən bildirilib.
Bundan əvvəl hadisə barədə 24 News məlumat yayıb. KİV-in məlumatına görə, gecə saatlarından etibarən Mehri yaxınlığında üç azərbaycanlı olduğu ehtimal edilən şəxsin axtarışı PUA-ların köməyi ilə aparılır.
“Azərbaycanla sərhəddə yerləşən, Mehri rayonunun Küris kəndində gecə saatlarında kənd sakinləri mülki geyimli üç nəfər görüblər. Şahidlərin sözlərinə görə, onların azərbaycanlı olması ehtimalı yüksəkdir. Həmin şəxslərlə söhbət etdikdən sonra onlar qaçıblar. Bundan dərhal sonra kənddə və ətraf ərazilərdə axtarış işlərinə başlanılıb”, - deyə KİV yazır./musavat.com/
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












