Bu sexdə antisanitar şəraitdə dönər əti hazırlanırmış - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncə-Daşkəsən regional bölməsi tərəfindən Gəncə şəhəri, Əli Məmmədov küçəsi, ev 1 ünvanında vətəndaş Telman Şükür oğlu Mustafayevə məxsus fərdi yaşayış evində keçirilən yoxlama zamanı qanunsuz fəaliyyət göstərən toyuq emalı sexi aşkarlanıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a bildirilib ki, obyektdə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına riayət edilmədən toyuq ətlərinin sümükdən ayrıldığı və dönərxanalara satışının həyata keçirildiyi məlum olub. Həmçinin donmuş toyuqların açıq havada defrostasiya edildiyi (donun açılması), məhsulların baytarlıq ekspertizasından keçirilmədiyi, etiketləmə və markalanma aparılmadan dönərxanalara paylandığı müəyyən edilib. Daşınma prosesi isə şəxsi nəqliyyat vasitəsi ilə, temperatur rejiminə riayət edilmədən həyata keçirilib.
Ətlərdən nümunələr götürülərək laborator müayinələrə göndərilib, 840 kiloqram donmuş və 22 kiloqram donu açılmış toyuq əti isə saxlanca qoyulub.
Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, obyektin fəaliyyəti dayandırılıb.






Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












