Bu şəxslərə 2500 manat birdəfəlik maddi yardım ödənildi - RƏSMİ

Prezident İlham Əliyevin 21 aprel 2025-ci il tarixli Sərəncamına əsasən, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına və sərəncamda nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardımların ödənişi həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sərəncama uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının hər birinə 2500 manat birdəfəlik maddi yardım ödənilib.
İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqradın müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə şəhərin mühasirəsi iştirakçılarının hər birinə isə 1250 manat birdəfəlik maddi yardım ödənilib.
Sərəncam İkinci Dünya müharibəsi iştirakçıları və digər müvafiq şəxslərdən ibarət ümumilikdə 2340 şəxsi əhatə edib və birdəfəlik maddi yardımlar onların bank hesablarına köçürülüb.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












