Bu vəzifəli şəxslərə cinayət işi açıldı

Xəbər verildiyi kimi, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs ”My Vegetables” MMC tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 14 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 23 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən həmin hüquqi şəxsə faktiki rəhbərlik edən Hüseynov Gündüz İsmayıl oğlu iş üzrə Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 32.3, 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadədə təşkilatçı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınıb.
Belə ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs “Metal Trades”, “Aksan İthalat İhrasat və Turizm Limited Şirkəti” MMC-lər tərəfindən əlvan metalların konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 2 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 3 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən həmin hüquqi şəxsə faktiki rəhbərlik edən qeyd olunan hüquqi şəxslərin rəhbəri, Hindistan Respublikasının vətəndaşı Bijay Kumar Takir iş üzrə Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində dövlətlərarası beynəlxalq axtarış elan edilib.
Bakı şəhəri Sabunçu rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs “Aroma Service” MMC tərəfindən əlvan metalların konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 6,8 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən həmin hüquqi şəxsə faktiki rəhbərlik edən həmin hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirən Xələfov Ramil Rafiq oğlu iş üzrə Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində dövlətlərarası beynəlxalq axtarış elan edilib.
Bakı şəhəri Binəqədi rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs “Metal Trader” MMC tərəfindən müxtəlif metalların konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 15 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 25 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən həmin hüquqi şəxsə faktiki rəhbərlik edən həmin hüquqi şəxsin rəhbəri Müslüm Gassanov iş üzrə Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində dövlətlərarası beynəlxalq axtarış elan edilib.
Bundan başqa, hazırkı vaxtadək Zaqatala, Balakən, Qəbələ, Xocavənd, İmişli, Hacıqabul, Samux, Lənkəran, Ağcabədi və Yevlax rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 24 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 40 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.
Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO











