Bu yaşayış massivində yollar təmir edilir - FOTO - VİDEO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Sabunçu rayonu Savalan yaşayış massivinin uzunluğu 2.15 km, hərəkət hissəsinin eni 6 metr olan Sadiq Feyziyev küçəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan təmir işləri ilə bu problem aradan qaldırılır.
Təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.
Hazırda küçəyə “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yeni asfalt-beton örtüyünün döşənməsi və yol çiyinlərinin tikintisi işləri son mərhələdə olmaqla aparılır.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO






















