Bu yola birbaşa çıxış təmin edildi - FOTOLAR

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində layihə icra olunub.
Bu barədə Avtosfer.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, ərazidəki arakəsmə ləğv edilib və Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxış təmin edilib. Bununla da nəqliyyat vasitələrinin Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra Tbilisi prospektində geriyədönmə etməsi nəticəsində yaranan yüklülük aradan qaldırılıb.
Eyni zamanda, bu kəsişmə işıqforla nizamlandığından piyadaların rahat hərəkəti üçün təhlükəsiz keçid imkanları yaradılıb.
Layihə icra edilmədən əvvəl Qələbə dairəsindən Əbdülvahab Salamzadə küçəsi ilə Ziya Bünyadov prospekti və 20 Yanvar dairəsi istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri Tbilisi prospektində yerləşən geriyədönmə sahəsindən istifadə edirdi. Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra qısa məsafədə sol zolağa keçərək geriyədönmə edən nəqliyyat vasitələri Tbilisi prospekti ilə gələn nəqliyyat vasitələrinin sürətini əhəmiyyətli dərəcədə azaldırdı və həmin hissədə ciddi sıxlığa səbəb olurdu. Yeni layihənin icrasından sonra Əbdülvahab Salamzadə küçəsi ilə hərəkət edən avtomobillərin geriyədönmə manevrlərinə ehtiyac aradan qaldırılacaq və hərəkətin axıcılığı təmin ediləcək.
Tbilisi prospekti ilə hərəkət edib geriyə dönmə həyata keçirmək istəyənlər üçün həmin geriyədönmə yeri olduğu kimi saxlanılır.





Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












