Bu yolda hərəkətin təşkilində ciddi nöqsanlar var - FOTO

Bakı-Ələt yolunda quraşdırılmış nişanlarla bağlı redaksiyamıza tez-tez müraciətlər daxil olur. Avtosfer.az xəbər verir ki, adıçəkilən yolda təşkil edilmiş nizamlanmayan piyada keçidlərinin bəzisində nişanlanma xətləri yoxdur. Nişanlanma xətti olan keçidlərdə isə yol nişanı zolağın bilavasitə qarşısında quraşdırılmayıb. Həmin yolda yerləşən YPX postunda da piyada keçidini bildirən nişan piyada zolağından 20-30 metr əvvəldə quraşdırılıb. Bu isə standartlara uyğun deyil. Məlumatverici-göstərici nişan piyada zolağının bilavasitə qarşısında quraşdırılmalıdır.
Qeyd edək ki, həmin postda təşkil edilmiş piyada keçidini bildirən 1.14.1 nişanlanma xətti lüzumsuz olaraq ard-arda çəkilib. Nizamlanmayan piyada keçidinin bu cür təşkil edilməsi qanunvericiliyə ziddir. Piyadaların sıx hərəkəti olan yollarda piyadaların istiqaməti bildirilməklə 1.14.2 nişanlanma xətti çəkilməlidir. Bu postda intensiv piyada hərəkəti olmadığı üçün piyada zolağı bir dəfə çəkilməklə təşkil edilməli idi.
Hərəkətin təşkilində olan nöqsanlardan biri də postun ərazisindəki sürəti bildirən nişanlarla bağlıdır. Belə ki, postda xidmət aparan əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə hərəkət sürətini 60 km/saat sürətə endiriblər. Lakin postu keçdikdən sonra nə 3.25 nişanı, nə də ki, əvvəli hərəkət rejimini müəyyən edən 3.24 nişanı quraşdırılıb. Sürücülər məcbur olub növbəti yolayrıcına kimi 60 km/saat sürətlə hərəkət etməli olurlar.
Ümid edirik ki, hərəkətin təşkilinə nəzarət edən şəxslər bu nöqsanların aradan qaldırılması istiqamətində işlər görəcək.
Təbriz
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB












