“Bu yoldan üzü o tərəfə ölümdür...” - Gecələr xüsusilə ehtiyatlı olun - VİDEO

Sosial şəbəkələrdə paylaşılan paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Rasim Məmmədov küçəsi, 8-ci döngədə sonu uçurum olan yolun videosu müzakirələrə səbəb olub.
Avtosfer.az “Xəzər TV”yə istinadən xəbər verir ki, məhəllədaxili yolda xəbərdaredici heç bir nişan yoxdur.
Qeyd olunub ki, bu vəziyyət ərazidən ilk dəfə istifadə edən sürücülər üçün ciddi problem yaradır.
Həmin ünvanda yaşayan vətəndaşların sözlərinə görə, uzun müddətdir ərazidə təhlükə hökm sürür. Qeyd edilib ki, iki gün öncə sakinlərdən biri tərəfindən küçənin sonundakı yerə təhlükəsizlik üçün torpaq da tökülüb.
Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ nəzarətə götürülüb: “Yaxın müddət ərzində aidiyyəti qurum tərəfindən xəbərdaredici nişanın və təhlükəsizlik baryerinin quraşdırılması təmin edilərək məsələ öz həllini tapacaq”.
Daha ətraflı süjetdə:
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












