"Bununla bağlı təkcə kabinetdə oturub qərar vermək yox, biraz təhlil də aparmaq lazımdır" - Elməddin Muradlı

"İş saatları ilə bağlı hələki, ciddi təhlillər aparılmalıdır. Bundan sonra konkret qərar verilə bilər ki, hansı iş yerləri nə qədər təsir göstərir, nə qədər mane olur. Maraqlı yanaşmalar var, məsəl üçün saat 7-də başlayan iş 4-də, 8-də başlayan 5-də, hətta, bəzi, özəl və dövlət müəssisələrində 10-da başlayıb 7-də bitə bilər. Bununla da hər kəs işə eyni vaxtda gedib, eyni saatda çıxmayacaq. Əslinə qalsa müəyyən sahələr var ki, orada iş saatları təxminən belədir".
Bu barədə nəqliyyat eksperti Elməddin Muradlı danışıb.
O, açıqlamasında qeyd edib ki, böyük iş yerləri işçiləri üçün xüsusi avtobus da təşkil edə bilər, beləliklə, şəhərdə nəqliyyatla bağlı sıxlığın qarşısını bu addımları atmaqla da qismən almaq mümkündür:
"İş saatlarınım bu şəkildə fərqləndirilməsi nəqliyyata axını "parçalayır". Bu yaxşı yanaşmadır, sadəcə,daim nəzarət olunmalıdır, təkliflər sözdə qalmasın, hər birinə əməl olunsun. İş saatlarındakı dəyişikliklərlə yanaşı, fərdi işçilərin müəyyən qaydada, fərqli saatlarda yola çıxmasını təmin etmək üçün də müəyyən addımlar atmaq olar. Misal üçün, böyük zavodun min nəfər işçisi var, onun cəmi 400 nəfəri avtomobillə gəlir-gedir. Gələcək zamanlarda zavod qarşısında belə bir öhdəlik qoymaq olar ki, elə iş yerləri, işçilərini müəyyən yerlərdən, xüsusi avtobuslarla gətirib-aparmaqla təmin etsin. Bunadan əlavə vurğuladığım 400 nəfərin iş saatlarında dəyişiklik etmək də mümükündür. Müzakirələr zamanı ortaya maraqlı idealar çıxartmaq olar, mümkündür. Bununla bağlı təkcə kabinetdə oturub qərar vermək yox, biraz təhlil aparmaq da lazımdır, belə olan halda sözügedən qərarlar effektiv ola bilər. Bu addım, ümumilikdə şəhərimizi belə bəladan xilas etmək üçün atılırsa, hamımız da bununla bağlı dəstəyimizi göstərməliyik".(son.xeber)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












