"Bütün versiyalar Gürcüstan və Türkiyə tərəfindən araşdırılmalıdır" - Polkovnik

Ötən gün Azərbaycandan Türkiyəyə yola düşən C-130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb. Eyni gündə Pakistanın paytaxtı İslamabadda Kaçehri məhkəmə binasının yanında baş verən partlayış nəticəsində azı 12 nəfər ölüb, 21 nəfər yaralanıb.
Qeyd edək ki, hər iki hadisə haqda sosial şəbəkələrdə geniş müzakirələr aparılır ki, bu hadisələr hansısa təxribatın nəticəsi ola bilər.
Mövzu ilə bağlı danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, təyyarənin qəzaya uğraması haqqında geniş müzakirələr var:
"Necə oldu ki, Azərbaycanda keçirilən möhtəşəm hərbi paraddan sonra həm Türkiyə təyyarəsi qəzaya uğradı, həm də Pakistanda terror aktları həyata keçirildi. Pakistanda 12 nəfər, Türkiyə təyyarəsində isə 20 nəfər həyatını itirib. Onu deyə bilərəm ki, burada bütün versiyalar yoxlanılacaq. Yəqin yox, tam əminliklə yoxlanılacaq. Çünki içərilərində polkovnik-leytenant rütbəsi, mayor rütbəsi, baş leytenant, gizir, baş çavuş, yəni bütün heyət olan bir komanda faciəli şəkildə həlak olub, şəhidlik zirvəsinə ucalıb. Allah məqamlarını uca eləsin. Mən deyə bilmərəm ki, burada təxribat var və ya yoxdur, amma bütün versiyalar araşdırılacaq. Yəni, təyyarənin qara qutusu araşdırılandan sonra artıq nəsə demək olacaq. Ümumilikdə, əlbəttə ki, Azərbaycanı, Türkiyəni istəməyən qüvvələrin burada rolunu təxmin etmək olar. Amma bunun üçün tutarlı sübut, fakt olmalıdır".
Polkovnikin fikrincə, təyyarənin də yaşlı olması rol oynaya bilər:
"Çünki dünənki görüntülərdən təyyarənin havada dağılaraq düşdüyünü görürük. Raketlə vurulsaydı dərhal darmadağın olardı. Suallar çoxdur, suallara isə yalnız mütəxəssislər cavab verə bilərlər. Bizim bir kəlmə ehtiyatsız işlədə biləcəyimiz söz həm istiqaməti dəyişə bilər, həm də hərbçi ailələrinin narahatçılığına səbəb olar. Şəhid olan hər kəs bizim qardaşlarımızdır. Onlar öz xidməti borclarını yerinə yetirərkən şəhid olublar. Allah məkanlarını uca eləsin. Amma C-130 hərbi yük təyyarəsi ilə bağlı Türkiyə yəqin ki, qərar verəcək".
Üzeyir Cəfərov vurğuladı ki, burada bütün versiyaların yaşamaq hüququ var:
"Hətta ola bilsin ki, təxribat elementləri də ola bilər. Bunu da yüksək ustalıqla həyata keçirmək üçün müəyyən qüvvələr var. Onlar vaxtı və məsafəni hesablayırlar. Bütün versiyalar Gürcüstan və Türkiyə tərəfindən araşdırılmalıdır. Çünki təyyarə Gəncədən qalxandan bir müddət sonra Gürcüstan ərazisində qəzaya uğrayıb və bu faciə də 11 noyabrda məhz Gürcüstan ərazisində baş verib. Allah ruhlarını şad eləsin. Ailələrinə də səbr və dözüm arzulayıram"./redaktor.az
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO











