"Çarpayı az, xəstə sayı çox idi" - 7 körpənin öldüyü Perinatal Mərkəzin sabiq direktoru

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə prosesi davam etdirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən proses təqsirləndirilən Mehriban Abasquliyeva ifadəsi ilə davam etdirilib.
O bildirib ki, 2024-cü ilin ölkəmizdə perinatal mərkəzlərdə çarpayı az olduğu halda xəstə sayı çox olub.
"Belə ki, 2024-cü ilin 9 yanvar statistikasına nəzər salsaq Qubada 6 çarpayı olduğu halda xəstə sayı 10, Sabirabadda 5 çarpayı olduğu halda xəstə sayı 5, Sumqayıtda 10 çarpayı olduğu halda, xəstə sayı halda 14, Bakıda 20 çarpayı olduğu halda, xəstə sayı 34 və Lənkəranda 10 çarpayı olduğu halda, xəstə sayı 8 nəfər olub.
10 bal toplamaq üçün müraciətlərin sayını gün ərzində 2001-ə çatdırım. Bu isə qeyri mümkündür. Guya mən qanunsuz yollarla rəhbərlikdə reputasiyamı qaldırmaq və əlavə gəlir əldə etmək niyyətim olub. Nə istintaq nə də şahid ifadələrində yoxdu ki, stasionar cərrahi əməliyyatlarının sayını artırmışam. Belə bir səlahiyyət mənim deyil, perinatal mərkəzin rəhbəri Dilarə Şirinovanındır".
Məhkəmənin növbəti iclası martın 11-nə təyin edilib.
Qeyd edək ki, bu il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 2022-ci il dekabrın 27-də Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
“Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu
Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı








