Cənubi Koreyanı qızmar hava cənginə aldı: 13 nəfər həyatını itirdi

Cənubi Koreyada güclü istilərin qurbanlarının sayı artıb.
Avtosfer.az Koreya Xəstəliklərə Nəzarət və Profilaktikası Agentliyinə (KDCA) istinadən yaydığı məlumata görə, mövsümün əvvəlindən bəri davam edən anomal isti hava səbəbindən ölənlərin sayı 13 nəfərə yüksəlib.
Məlumata əsasən, mayın 15-dən iyulun 31-dək ölkədə istilərlə əlaqədar 1 781 nəfərdə müxtəlif sağlamlıq problemləri qeydə alınıb.
Təkcə iyulun 31-də 500-ə yaxın xəstəxananın təcili yardım şöbəsinə 72 nəfər müraciət etsə də, həmin gün yeni ölüm halı baş verməyib.
Bundan başqa, Yansan şəhərində havanın temperaturu 41,6 dərəcəyə çataraq bölgədə meteoroloji müşahidələr tarixinin ən yüksək göstəricisi kimi qeydə alınıb.
KDCA isti hava ilə bağlı yüksək riskin avqustun 4-dək davam edəcəyini proqnozlaşdırır.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












