Banner

Çexiya Bakıda tramvay xətlərinin çəkilişində iştirak etmək istəyir

Xəbərlər 12 Oktyabr 2026 22:30
Çexiya Bakıda tramvay xətlərinin çəkilişində iştirak etmək istəyir
WhatsApp kanalımıza abunə olun

Çexiya Bakının ictimai nəqliyyat sisteminin, o cümlədən metropoliten və tramvay şəbəkəsinin modernləşdirilməsi, eləcə də Orta Dəhlizin təşviqi, Ələtdəki logistika mərkəzinin inkişafı və aviasiya sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi sahəsində Azərbaycanla əməkdaşlığın perspektiv istiqamətlərini nəzərdən keçirir.

Avtosfer.az Report-a istinadla xəbər verir ki, bunuu Çexiyanın nəqliyyat naziri İvan Bednarik (Ivan Bednárik) Azərbaycan-Çexiya Biznes Forumunda bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlar arasında əlaqələrin təmin edilməsində strateji baxımdan mühüm funksiyanı yerinə yetirir: "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun artan rolu ikitərəfli dialoqa xüsusi aktuallıq qazandırır. Ümumi vəzifə "dar boğaz"ların aradan qaldırılması, o cümlədən dəmir yollarının, limanların, avtomobil yollarının və logistika mərkəzlərinin vahid multimodal şəbəkədə birləşdirilməsi hesabına bu marşrutu daha sürətli, etibarlı və rəqabətədavamlı etməkdən ibarətdir".

İ.Bednarik qeyd edib ki, Çexiya şirkətləri dəmir yolu nəqliyyatı, siqnallaşdırma və telekommunikasiya, şəhər mobilliyi sistemləri, intellektual nəqliyyat və yol hərəkətinin idarə edilməsi sahələrində sınaqdan keçirilmiş həllər təklif etməyə hazırdır.

Nazir bildirib ki, əməkdaşlıq yalnız avadanlıqların tədarükü ilə məhdudlaşmır, həmçinin layihələrin icrasının bütün mərhələlərində yerli kadrların hazırlanmasını və texnologiya transferini əhatə edən uzunmüddətli tərəfdaşlığın formalaşdırılmasını ehtiva edir: "Öz növbəsində, Çexiya hökuməti bu təşəbbüsləri dəstəkləməyə, ixracın maliyyələşdirilməsi alətləri daxil olmaqla, əməkdaşlığın etibarlı hüquqi və maliyyə bazasının yaradılmasına kömək etməyə hazırdır".

Oxunub : 72
ŞƏRH YAZ
Ad

E-mail

Şərh