“Çiçek Taksi”nin məşhur aktyoru ruhi xəstəxanaya yerləşdirilib - FOTO

“Arabesk”, “İddiaçı”, “Milyarder”, “Çiçək Taksi” və digər məşhur serial və filmlərdəki rolları ilə tanınan veteran türk aktyoru Necati Bilgiç uzun illərdir ictimaiyyətdən uzaqdır.
Avtosfer.az xəbər verir ki, 72 yaşlı aktyor hazırda Bursa Yüksək İhtisas Təhsil və Araşdırma Xəstəxanasının Dörtçelik Ruh Sağlamlığı və Xəstəlikləri xəstəxanasında müalicə olunur.

2016-cı ildə açıq ürək əməliyyatı keçirən Bilgiçdə sonradan psixoloji problemlər başlayıb. Mütəxəssislər ona şizofreniya diaqnozu qoyublar. Bir zamanlar ekranların sevilən siması olan veteran aktyor indi xəstəxana otağında sakit bir həyat sürür.
1953-cü ilin oktyabrında Bursada anadan olan Necati Bilgiç sənətə marağını uşaqlıq illərində kəşf edib. İstanbul Bələdiyyə Konservatoriyasının Teatr şöbəsində təhsil alaraq məşhur Yıldız Kenterdən dərs alıb. Dormen Teatrında başlayan səhnə həyatı Tef Kabare Teatrında davam edib. Konservatoriya yoldaşı Uğur Yücel ilə birlikdə 1975-1984-cü illər arasında Türkiyədə komediya janrında böyük uğurlar qazanıblar.
![]()
Televiziya tamaşaçıları onu ilk dəfə “Yarı zarafat, yarı ciddi” verilişində “Şair Təmel” obrazı ilə tanıyıb. Sonra “Namuslu”, “Dadcı”, “Milyarder”, “Bıçkın” və “Arabesk” kimi filmlərdə və 1995-ci ildə “Çiçek Taksi” serialında Qara dəniz əsilli “Niyazi” obrazı ilə geniş şöhrət əldə edib.
2012-ci ildə Ata Dəmirerin “Berlin Kaplanı” filmindəki rolu ilə 17-ci Sadri Alışık Mükafatlarında “Ən yaxşı köməkçi aktyor” mükafatına layiq görülüb.(musavat)




Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












