Çin və Azərbaycan hər zaman bir-birini dəstəkləyib - Hikmət Hacıyev

Azərbaycan və Çin arasında dostluq və tərəfdaşlıq əlaqələri var.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, bu münasibətlər bu il Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzalanmış strateji tərəfdaşlıq sənədi əsasında inkişaf etməkdədir: “Bu gün Azərbaycan-Çin əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Mən xüsusən iqtisadi-ticari əlaqələri qeyd etmək istəyərdim, biz bu sahədə 40 faiz artımı müşahidə edirik. Həmçinin nəqliyyat sahəsində əlaqələri qeyd etmək istəyərdim. Azərbaycan üzərindən keçən və Türkiyənin də daxil olduğu Orta Dəhliz üzərindən Çin mallarının daşınmasının artmasını müşahidə edirik. Siyasi baxımdan da Çin və Azərbaycan hər zaman bir-birini dəstəkləyib”.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












