Banner

Cinayətdə şübhəli bilinən 25 nəfər saxlanıldı

Xəbərlər 13 Noyabr 2025 10:30 Oxunub 246
Cinayətdə şübhəli bilinən 25 nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Noyabrın 12-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 118, o cümlədən borclu şəxs qismində axtarışda olan 93 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh