Banner

Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı

Xəbərlər 4 Sentyabr 2025 10:18 Oxunub 308
Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sentyabrın  3-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh