Cinayətdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Xəbərlər
31 Oktyabr 2024 10:53
Oxunub 90
Oktyabrın 30-da ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 155, o cümlədən borclu şəxs qismində axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR