Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı

Xəbərlər 12 May 2026 10:30
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə olun

Mayın 11-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Oxunub : 122
ŞƏRH YAZ
Ad

E-mail

Şərh