Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanıldı

Xəbərlər 7 Mart 2026 10:51
Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Martın 6-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 144, o cümlədən borclu şəxs qismində axtarışda olan 117 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Oxunub : 104
ŞƏRH YAZ
Ad

E-mail

Şərh