Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Xəbərlər 17 İyun 2026 11:23
Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə olun

İyunun 16-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 184, o cümlədən borclu şəxs qismində axtarışda olan 166 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Oxunub : 94
ŞƏRH YAZ
Ad

E-mail

Şərh