Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı

Xəbərlər 6 Aprel 2026 10:41
Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aprelin 4-də və 5-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Oxunub : 104
ŞƏRH YAZ
Ad

E-mail

Şərh