Banner

Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanıldı

Xəbərlər 16 Yanvar 2026 10:18
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yanvarın 15-də ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 108 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 65 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

Oxunub : 412
ŞƏRH YAZ
Ad

E-mail

Şərh