Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanıldı

Xəbərlər 12 Mart 2026 10:30
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Martın 11-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 239, o cümlədən borclu şəxs qismində axtarışda olan 196 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

 

Oxunub : 82
ŞƏRH YAZ
Ad

E-mail

Şərh