Banner

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

Xəbərlər 3 Mart 2025 10:30 Oxunub 488
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Martın 1-də və 2-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 29 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh